Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Arizona ştatındakı State Farm stadionuna gəlib. Burada mühafizəkar fəal Çarli Kirk ilə vida mərasimi keçirilir.
Musavat.com xəbər verir ki, mərasimdə təxminən 100 min nəfərin iştirakı gözlənilir. Prezidentlə yanaşı ABŞ-ın vitse-prezidenti, Kirkın yaxın dostu Cey Di Vens, eləcə də dövlət katibi Marko Rubio da çıxış edəcək.
Mərasimdən yayılan fotolarda Donald Trampın oğlu Eriklə birlikdə qapalı tribunada əyləşdiyi görünür. Bu vida mərasimi ABŞ ictimai-siyasi həyatında mühüm hadisə kimi qiymətləndirilir.
Musavat.com
22 Sentyabr 2025
21 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ