Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp və milyarder iş adamı Elon Mask Arizona ştatında keçirilən Çarli Kirk ilə vida mərasimində yanaşı oturaraq söhbət ediblər.
Musavat.com xəbər verir ki, onların bu görüntüsü son vaxtlar yaşanan açıq qarşıdurmadan sonra barışığın siqnalı kimi qiymətləndirilir. Belə ki, Mask bir müddət əvvəl Respublikaçıların “böyük möhtəşəm qanun layihəsi” adlandırdıqları vergi güzəştləri paketini kəskin tənqid edərək, onu “iyrənc rüsvayçılıq” adlandırmışdı.
Tramp və Maskın stadiondakı səmimi dialoqu ABŞ ictimaiyyətində diqqətlə izlənilir və iki tanınmış şəxsin münasibətlərində yeni mərhələnin başlaya biləcəyi ehtimal olunur.
Musavat.com
22 Sentyabr 2025
21 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ