Onlayn ictimai-siyasi qəzet
Yaponiyalı astronomlar Günəş sisteminin kənarında nadir kosmik obyekt aşkarlayıblar.
Musavat.com xəbər verir ki, 2023 KQ14 kodlu bu buzlu gövdə alimlər tərəfindən “Ammonit” adlandırılıb. Onun orbitinin son dərəcə uzanmış formaya malik olduğu bildirilir.
Məlumata görə, obyektin Günəşə ən yaxın nöqtəsi Yer-Günəş məsafəsindən 71 dəfə uzaqda yerləşir. Ən uzaq nöqtəsi isə 252 astronomik vahidə çatır.
Ölçüsünə gəlincə, “Ammonit”in diametri təxminən 380 kilometrdir ki, bu da Everest zirvəsindən təqribən 45 dəfə böyükdür.
Mütəxəssislər qeyd edirlər ki, “Ammonit” indiyədək kəşf edilmiş cəmi dördüncü sednoiddir. Sednoidlər qeyri-adi orbitləri ilə seçilir və onların mövcudluğu elm aləmində hələ də tapılmamış ehtimal olunan “Doqquzuncu Planet”in varlığına işarə edə bilər.
Musavat.com
22 Sentyabr 2025
21 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ