Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanda keçirilən beynəlxalq Silk Way Star musiqi müsabiqəsində maraqlı an yaşanıb.
Musavat.com xəbər verir ki, Azərbaycanın münsiflər heyətinin üzvü Efendi Ermənistan təmsilçisi Saro Gevorqyanı ən yüksək bal – 10 xalla qiymətləndirib. Ermənistandan olan münsif isə eyni addımı ataraq azərbaycanlı iştirakçı Sabinə Zadəyə 10 bal təqdim edib.
Müsabiqədə iki ölkənin nümayəndələrinin bir-birinə ən yüksək balı verməsi ya düşünülmüş bir xoşməramlı jest, ya da nadir bir təsadüf kimi dəyərləndirilir. Bu, beynəlxalq musiqi yarışmalarında Azərbaycan və Ermənistan nümayəndələrinin ilk dəfə belə qarşılıqlı addım atması kimi tarixə düşüb.
Musavat.com
22 Sentyabr 2025
21 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ