İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğuzda avtomobil 46 yaşlı piyadanı vuraraq öldürüb

Oğuz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, rayonun Baş Daşağıl kənd sakini, 1979-cu il təvəllüdlü Sadəddin Tahir oğlu Abdulhəmidov yolu keçərkən avtomobil onu vurub.

S.Abdulhəmidov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2025

21 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR