İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada şəxsi bunker tikintisinə maraq artır

Almaniyada vətəndaşlar mümkün təhlükələrdən sığortalanmaq üçün şəxsi bunker sifarişlərinə daha çox üstünlük verməyə başlayıblar.

Musavat.com xəbər verir ki, “Bild” qəzetinin məlumatına görə, xüsusilə Rusiya tərəfindən NATO ölkələrinə hücum ehtimalı barədə narahatlıqlar fonunda bunker tikintisinə tələbat xeyli yüksəlib.

Rəqəmlərə əsasən, bu ilin əvvəlindən etibarən bunker sifarişləri ilə bağlı müraciətlərin sayı 50 faiz artıb. Polşada pilotsuz uçuş aparatları ilə bağlı baş verən insidentdən sonra isə maraq daha da kəskin şəkildə çoxalıb.

Hazırda Almaniyada sahəsi təxminən 30 kvadratmetr olan xüsusi bunkerlərin qiyməti 30–50 min avro arasında dəyişir. Bu tikililər həm təhlükəsizlik, həm də müstəqil yaşayış şəraiti üçün nəzərdə tutulur. 

 

Musavat.com

4a586abe-6ccf-42ea-97eb-80d58eab326e.jpeg (129 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2025

21 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR