Onlayn ictimai-siyasi qəzet
Honq-Konqdan Yeni Dehliyə uçan "Air India" şirkətinə məxsus "Airbus A321" təyyarəsi İndira Qandi Beynəlxalq Hava Limanına (Hindistan, Yeni Dehli - red.) endikdən sonra alovlanıb.
“Report” xəbər verir ki, bu barədə aviaşirkət X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilir ki, sərnişinlər təhlükəsiz şəkildə təxliyə edilib.
Enişdən sonra göyərtədəki sərnişinlər artıq enməyə başlayanda təyyarənin quyruq hissəsində yerləşən köməkçi enerji blokunda yanğın baş verib. "Təyyarəyə ziyan dəyib, lakin sərnişinlər və ekipaj üzvləri normal şəkildə eniş ediblər", - məlumatda bildirilib.
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ