Onlayn ictimai-siyasi qəzet
Ermənilərin normal bir kilsəyə ehtiyacı var.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədr müavini Akop Arşakyan danışıb
“Hakimiyyətin addımları erməni xalqının normal bir kilsəyə sahib olması naminə atılır və bu proses mütləq həmin məqsədlərə aparacaq”, – deyə o, qeyd edib.
“Mənəviyyat öz andına sadiq olmayan şəxslər tərəfindən təmsil oluna bilməz. Bu, mümkün deyil. Biz hələ də, xüsusilə də Katolikos tərəfindən, cavabını gözlədiyimiz suala cavab almamışıq. Bu suala cavab almaq bizim haqqımız deyilmi?” – deyə Paşinyanın deputatı söyləyib.
Kilsəyə qarşı yönələn ittihamlara gəlincə isə Arşakyan bunu bütöv sistemə qarşı deyil, ayrı-ayrı şəxslərə qarşı yönəlmiş proses kimi qiymətləndirib: “Hətta bu, sistemə aid edilsə belə, bu bir sağalma prosesidir. Biz ümid edirik ki, kilsə özünü təmizləmə mərhələsindən keçəcək.”
Musavat.com
09 Iyul 2025
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ