İnsanlara hürriyət, millətlərə istiqlal!

Aleksandr Kurenkov Bakıdan nə ilə döndü?

Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıya səfərindən ciddi nəticə əldə etmədən geri qayıdıb.

Musavat.com xəbər verir ki, VÇK-OGPU məlumatlarına görə, Azərbaycan tərəfi əvvəlcədən Rusiyanın ötən ilin dekabrında E190 tipli sərnişin təyyarəsini məhv etməsini rəsmən qəbul etməsini tələb edib. Lakin bu şərtlər qəbul olunmayıb və nəticədə onun ölkə rəhbərliyi ilə planlaşdırılan qeyri-rəsmi görüş baş tutmayıb.

Qeyd olunur ki, Kurenkovun Bakıda olduğu vaxt yerli məhkəmə Rusiyadan olan saxlanılmış jurnalistlərin həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətləri rədd edib və onlar həbsdə qalmaqda davam edirlər. Bu səbəbdən hazırda heç bir məhbus mübadiləsindən söhbət gedə bilməz.

Rəsmi səfər proqramına əsasən, Kurenkov Bakı şəhərində dar tərkibdə keçirilən fövqəladə hallar nazirlərinin toplantısında iştirak edib.

Hazırda Kurenkovun Bakı səfərinin başqa nəticələri barədə əlavə məlumat yoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR