Onlayn ictimai-siyasi qəzet
Fenomen komediya serialı "Alemin Kıralı" ilə tanınan və "Oben" obrazı ilə tamaşaçıların yaddaşında iz buraxan Birsu Dəmir illər sonra tamamilə dəyişmiş görünüşü ilə yenidən diqqət mərkəzinə düşüb.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, ulduz aktrisa televiziya dünyasından bir qədər uzaqlaşsa da, sosial mediada aktivliyi və iddialı tərzi ilə gündəmi zəbt edir.
1999-cu il doğumlu aktrisa hazırda Instagram və TikTok kimi platformalarda aktivdir. Son paylaşımlarında fiziki dəyişiklikləri ilə seçilən Birsu Dəmir bir çox izləyici tərəfindən Dua Lipaya bənzədilib.
Hal-hazırda rəsmi bir layihəsi olmasa da, bu aktivlik Birsu Dəmirin yaxın gələcəkdə televiziya və ya kino layihələrinə qayıdacağına dair ümidləri artırır.
11 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ