İnsanlara hürriyət, millətlərə istiqlal!

Alman kəşfiyyatından şok xəbərdarlıq: “Rusiya NATO-nun müdafiə mexanizmini sınağa çəkmək istəyir”

Rusiya NATO-nun kollektiv müdafiə sistemini – məşhur Beşinci maddəni – real münaqişə ilə yoxlamaq niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kahl bəyanat verib. Onun sözlərinə görə, Kreml Ukraynaya qarşı müharibəni Qərbə doğru ilk addım kimi qiymətləndirir və bu istiqamətdə planlar davam etdirilir.

“Biz tam əminik və əlimizdə bunu təsdiqləyən kəşfiyyat məlumatları var: Ukrayna Qərbə gedən yolda sadəcə ilk dayanacaqdır. Onların bunun üçün tank orduları göndərməsinə ehtiyac yoxdur. Məsələn, Estoniyaya ‘kiçik yaşıl adamlar’ göndərmək kifayətdir ki, guya sıxışdırılan rus azlığını müdafiə etsinlər”, – deyə Bruno Kahl vurğulayıb.

BND rəhbəri qeyd edib ki, Moskvanın bəzi dairələri NATO-nun kollektiv müdafiə prinsipinin – üzv ölkəyə hücum edilərsə bütün Alyansın cavab verəcəyi mexanizminin – işlək olub-olmadığını yoxlamaq istəyirlər. Bu isə Avropada təhlükəsizlik balansına ciddi təhdid yaradır.

Musavat.com
 
 
 
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR