İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya hökumətindən ŞOK TƏKLİF - Pensiya yaşı görün NEÇƏ OLACAQ...

Almaniyada pensiya sistemində ciddi dəyişikliklər gözlənilir.

Musavat.com xəbər verir ki, ölkənin iqtisadiyyat naziri Katerina Rayxe erkən pensiyaya çıxma imkanının ləğvini və pensiya yaşının 70-ə çatdırılmasını təklif edib.

Nazirin sözlərinə görə, Almaniyada insanlar digər ölkələrlə müqayisədə daha az işləyir.

“Demoqrafik dəyişikliklər və ömür uzunluğunun artması fonunda pensiya yaşının yüksəldilməsi qaçılmazdır”, – deyə Rayxe vurğulayıb.

Ekspertlər bildirir ki, Almaniyada hazırda insanlar 63 yaşdan etibarən erkən pensiyaya çıxa bilir. Yeni təşəbbüs qüvvəyə minərsə, bu hüquq ləğv ediləcək və almanlar daha uzun müddət işləməyə məcbur qalacaqlar.

Qeyd edək ki, ölkədə pensiya sistemi uzun illərdir müzakirə mövzusudur və bu sahədə islahatların aparılması artıq zəruri sayılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR