Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Almaniya federal kansleri Fridrix Merts Tehrana sərt çağırış edib.
Musavat.com-un məlumatına görə o, İranı dərhal ABŞ və İsraillə danışıqlara başlamağa və diplomatik həll yolu tapmağa çağırıb.
Bu barədə Almaniya hökumətinin sözçüsü Ştefan Kornelius məlumat verib. Onun sözlərinə görə, Merts bazar günü səhər federal təhlükəsizlik kabinetinin təcili iclasını çağırıb və regiondakı vəziyyəti qiymətləndirib.
“Federal hökumət hesab edir ki, ABŞ-ın aviazərbələri nəticəsində İranın nüvə proqramının mühüm hissələri zərər görüb. İndi əsas məsələ böhranın daha da dərinləşməsinin qarşısını almaqdır,” – deyə Kornelius bildirib.
Musavat.com
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ