İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaqub Eyyubovdan ŞOK Ramiz Mehdiyev AÇIQLAMASI: “Dövlətdə belələri hələ də var...” - CANLI

Oktyabrın 24-də Baş nazirin birinci müavini Yaqub Eyyubovun 80 yaşı tamam olur. Prezident İlham Əliyev yubileyi münasibətilə onu “İstiqlal” ordeni ilə təltif edib.

Baş nazirin birinci müavini Azərbaycanın sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə təltif olunub. Yaqub Eyyubov yubileyi və təltif münasibətilə “Yeni Sabah”ın suallarını cavablandırıb. “Ramiz Mehdiyevlə bağlı baş verənləri necə qiymətləndirirsiniz?” sualına belə cavab verib: “Çox pis qiymətləndirirəm. Təəssüf edirəm ki, dövlətdə elə adamlar olub və var”.

Mediada yayılan xəbərlərə görə, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin dövlətə xəyanət, hakimiyyətin zorla ələ keçirilməsi və qanunsuz əldə edilən sərvətin leqallaşdırılması ittihamları ilə 4 aylıq ev həbsi seçilməsinin dərhal ardından xaricdə Azərbaycana qarşı qeyri-etik çərçivədə təbliğat aparan və “söyüş blogerləri” qeyri-adi dərəcədə aktivləşiblər. Bakupost.az xəbər verir ki, R.Mehdiyevin həbsi ilə dərhal hərəkətə keçən sözügedən blogerlər bütün təbliğat imkanlarını səfərbər ediblər və PA-nın sabiq rəhbərini qorumaq üçün dolayısı vasitələrdən istifadə edirlər. Ona görə “dolayısı” ki, R.Mehdiyevin birbaşa müdafiəsinin mümkünsüzlüyü hər kəsə bəllidir və bu addımla onlar özlərini ifşa edə bilərlər. Buna baxmayaraq, bəzən niyyətlərini, istəklərini və hədəflərini tam göstərən yalanlarla özlərini ifşa da edirlər.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi şərhçi Heydər Oğuzla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR