İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Ukrayna üçün uzaqmənzilli silah istehsalını maliyyələşdirməyə başlayıb

Almaniya və Ukrayna uzaqmənzilli silahların istehsalının maliyyələşdirilməsinə dair saziş imzalayıb.

Musavat.com xəbər verir ki, söhbət 1200 km-ə qədər məsafədəki hədəflərə hücum edə bilən dronlardan gedir.

Welt nəşrinin yazdığına görə, Almaniya hökumətinin nümayəndələri Ukrayna üçün uzaqmənzilli silahların maliyyələşdirilməsinə dair ilk sazişi imzalayıblar. Sazişə əsasən An-196 “Lyutı” tipli 500-dən çox uzaqmənzilli dronların istehsalı maliyyələşdiriləcək. Nəşr xatırladıb ki, bu hücum dronları təxminən 50 kiloqram ağırlığında partlayıcı yük daşıyır.

Alman təhlükəsizlik güclərindəki mənbələr jurnalistlərə bildiriblər ki, yaxın aylarda pilotsuz təyyarələr istifadəyə hazır olacaq. Gözlənilir ki, Ukrayna Rusiya ərazisinin dərinliklərində hədəfləri vura biləcək.

Nəşr vurğulayıb ki, Almaniyanın xarici işlər naziri İohan Vadeful Ukraynaya ilk səfəri zamanı Kiyevlə silahlanma sahəsində əməkdaşlığın dərinləşdiyini bəyan edib. O, Almaniyanın Ukraynaya hərbi dəstəyini daha da artıracağına əmin edib.

Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna məhz “Lyutı” kamikadze dronları ilə Udmurtiyanın İjevsk şəhərində Rusiyanın ən böyük hərbi zavodlarından birinə uğurlu zərbə endirib. Zərbə nəticəsində zavodda güclü yanğın başlanıb, onu yalnız axşam saatlarında söndürmək mümkün olub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR