Onlayn ictimai-siyasi qəzet
Almaniyanın Rheinmetall konserni bu il Kiyevi Skyranger PUA ilə mübarizə mobil sistemlərilə təchiz etməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bu məlumatla konsernin baş direktoru Armin Papperger ZDF-yə müsahibəsində çıxış edib: "Bu həftə biz Londonda Ukrayna ilə yeni Skyranger mobil sistemlərinin çatdırılması üçün müqavilə imzalayacağıq".
Rheinmetall rəhbəri qeyd edib ki, bu sistemlərin hər biri 4-4 km-lik zonanın "dronlardan azad olmasını" təmin edəcək: "Bundesverin də maraqlandığı sistemlər hazırkı vəziyyətdə Ukraynaya böyük kömək ola bilər".
O qeyd edib ki, ilk sistemlərin bu il Ukraynaya çatdırılması gözlənilir.
Musavat.com
15 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ