İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusunda ŞOK İSTEFALAR

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski 17-ci korpusun rəhbəri Vladimir Silenko və 20-ci korpusun rəhbəri Maksim Kituginin vəzifədən uzaqlaşdırılması barədə qərar verib.


Musavat.com xəbər verir ki, “Ukrainskaya Pravda” yazır ki, qərar təxminən bir-iki həftə əvvəl qəbul olunub və səbəb korpusların məsuliyyət zonalarında mövqelərin itirilməsi ilə bağlıdır.

Məlumata görə, 17-ci korpusun yerləşdiyi Zaporojye istiqamətində Ukrayna qüvvələri son günlərdə Kamenko kəndini və Plavni kəndinin bir hissəsini itirib. 20-ci korpus isə Donetsk və Dnepropetrovsk vilayətlərinin sərhədində mövqe tutur, burada Rusiya qüvvələri Dnepropetrovsk vilayətinin dərinliklərinə irəliləyə bilib.

Qeyd olunur ki, bu dəyişikliklər Ukrayna ordusunda müdafiə qüvvələrinin korpus idarəetmə sisteminə keçidindən sonra ilk kadr dəyişikliyi kimi tarixə düşüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Sentyabr 2025

15 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR