İnsanlara hürriyət, millətlərə istiqlal!

İşxan Verdiyan: “Bu formatda Rusiya da əhəmiyyətli dividendlər əldə edə bilər”

Musavat.com xəbər verir ki, erməni bloqer və ictimai fəal İşxan Verdiyan Cənubi Qafqazdakı son prosesləri şərh edib.

Onun sözlərinə görə, Bakı və İrəvan sülhün astanasındadır və bu istiqamətdə hər iki tərəf böyük işlər görüb. Eyni zamanda, Ermənistan və Türkiyə də uzunmüddətli qarşıdurmaya son qoymaq və həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığa başlamaq üçün konstruktiv dialoq qurmağa çalışır.

Verdiyan bildirib ki, bütün bu səylərə baxmayaraq, Rusiya tərəfi vaxtaşırı bölgədə mövcud reallıqlara uyğun olmayan, köhnəlmiş razılaşmalara istinad edir və ya Ermənistan ərazisindəki hərbi mövcudluğunu təzyiq aləti kimi istifadə edir.

Onun fikrincə, əgər Rusiya bu yeni formatda konstruktiv mövqe tutsa, özü də əhəmiyyətli dividendlər və faydalar əldə edə bilər.

 

Musavatcom

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Sentyabr 2025

15 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR