Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, 10 ölkənin boykot qərarına baxmayaraq, İsrailə “Avroviziya” müsabiqəsində iştirak üçün alternativ yol təklif olunub. Bu barədə Ynet nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, komissiya İsrailin milli yayım şirkəti KAN-a iki variant irəli sürüb:
2026-cı ildə yarışmada könüllü şəkildə iştirakdan imtina etmək,
və ya səhnəyə İsrail bayrağı altında deyil, neytral statusda çıxmaq.
Qeyd olunur ki, bu təkliflər rəsmi deyil və yalnız qeyri-rəsmi danışıqlar səviyyəsində səsləndirilib.
Musavatcom
16 Sentyabr 2025
15 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ