İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ”la matçın favoriti bizik” - “Benfika”nın baş məşqçisi

Portuqaliyanın “Benfika” klubunun baş məşqçisi Brunu Laje UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Qarabağ”a qarşı keçirəcəkləri matçdan danışıb.

Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, mətbuat konfransında qələbə qazanmaq istədiklərini bildirib:

“Biz evdə oynayırıq və möhtəşəm gecə keçirmək istəyirik. Biz meydanda taktikamızı rəqibə görə dəyişirik. Bu dəfə evdə “Santa Klara” ilə 1:1-lik heç-heçə etdiyimiz matçdan fərqli oynayacağıq. “Qarabağ” fərqli sistemdə çıxış edən komandadır. “Befnika” bu matçın favoritidir. Biz hər oyunda qalib gəlməliyik”. 

Qeyd edək ki, “Benfika” – “Qarabağ” matçı sabah Bakı vaxtı ilə 23:00-da başlayacaq. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Sentyabr 2025

15 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR