İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada miqrantlara görə FV rejimi tətbiq ediləcək

Almaniya kansleri Fridrix Merz miqrasiya problemi ilə bağlı milli fövqəladə vəziyyət elan etmək qərarına gəlib. Bu, hakimiyyətə sığınacaq axtaranların ölkəyə girişinin qarşısını almağa imkan verəcək.

Musavat.com xəbər verir ki, bu barədə “Die Welt” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Onların məlumatına görə, Almaniya Daxili İşlər Nazirliyi hazırda Almaniyaya qonşu olan ölkələrin səfirlərini bu addımla bağlı məlumatlandırır. Fövqəladə vəziyyətin elan edilməsi səlahiyyətlilərə milli qərarları Aİ tədbirlərindən üstün tutmağa imkan verəcək.

Qeyd edək ki, son illərdə Avropa ölkələrində miqrasiya problemi heç vaxt olmadığı qədər ciddiləşib. İndiyə qədər dünyanın hər tərəfindən gələn miqrantlara sığınacaq verən Almaniyanın dözüm limiti artıq tükənib. İndi Almaniyanı yeni hökuməti də o biri Avropa ölkələri kimi davranmaq niyyətindədir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 May 2025

BÜTÜN XƏBƏRLƏR