İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyadan Türkiyəyə TARİXİ JEST: Berlin Ankaraya “hə” dedi

Almaniya dördüncü nəsil çoxməqsədli döyüş təyyarəsi olan 40 ədəd  “Eurofighter Typhoon”un Türkiyəyə ixracını təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə “Spiegel” jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Türkiyə Böyük Britaniyanın “BAE Systems” konserninin Almaniya və İtaliya şirkətləri ilə birgə istehsal etdiyi bu təyyarələrin tədarükü ilə bağlı müraciəti hələ 2023-cü ilin yazında verib.

Lakin o vaxtkı Olaf Şolz hökuməti bu sövdələşməyə razı olmayıb.

Almaniya Nazirlər Kabinetinin Federal Təhlükəsizlik Şurası bu yaxınlarda qapalı iclas keçirib və təyyarələrin tədarükünə icazə verilməsi qərarına gəlib. 

“Spiegel” yazır ki, Berlin bu addımı ötən həftə Almaniya kansleri Fridrix Merzlə görüşən İngiltərə baş naziri Kir Starmerin təzyiqi ilə atıb.

Nəşr qeyd edir ki, Almaniya artıq Türkiyə, Böyük Britaniya və Yunanıstanı öz qərarı ilə bağlı  məlumatlandırıb. Türkiyə tərəfi də öz növbəsində əmin edib ki, qırıcılar yalnız NATO əməliyyatları çərçivəsində istifadə olunacaq və alyansın üzvü olan digər ölkələrə qarşı istifadə edilməyəcək.

Müqavilə təxminən 4,75 milyard avro dəyərində qiymətləndirilir.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR