Onlayn ictimai-siyasi qəzet
Tanınmış rusiyalı müğənni Alsu 18 il birlikdə yaşadığı əri Yan Abramovdan boşanmaq üçün məhkəməyə müraciət edib.
Məlumata görə, boşanma üçün ərizə Moskvanın Presnenski rayonundakı məhkəməyə daxil olub.
Bildirilir ki, əmlak və qəyyumluq hüquqlarının bölünməsi ilə bağlı iddialar boşandıqdan sonra veriləcək.
Xatırladaq ki, Alsu və Yan Abramov 2006-cı ildə ailə həyatı qurublar. Cütlüyün üç övladı var - qızları Safina və Mikella, həmçinin səkkiz yaşında olan oğlu Rafael.
21 May 2025
20 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ