İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Ukraynaya silah dəstəyi davam edir - Dövlət katibi

ABŞ administrasiyası Ukraynaya silah tədarükünü dayandırmayıb, lakin yeni hərbi yardım paketlərinin formalaşdırılması ehtimalı ilə bağlı qərar yoxdur.

Musavat.com xəbər verir ki, bunu ABŞ dövlət katibi, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio deyib.

O, ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə senatorların Vaşinqton administrasiyasının Ukraynaya növbəti silah paketi üçün Konqresdən vəsait istəməyə hazır olub-olmadığına dair sualına cavab olaraq qeyd edib ki, “bu, başqa qərardır: “Bu, başqa məsələdir. Bu, mənim qərar verəcəyim məsələ deyil. Ağ Ev əlavə maliyyə üçün Konqresə müraciət edib-etməmək barədə qərar verməli olacaq. Lakin Konqresin təsdiq etdiyi hər şey göndərilməkdə davam edir".

O vurğulayıb ki, Amerika kəşfiyyatı məlumatlarının Kiyevə verilməsi proqramı əvvəllər bir həftə müddətinə dayandırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2025

20 May 2025

BÜTÜN XƏBƏRLƏR