İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalı ermənilər rusiyayönlü kilsənin müdafiəsinə qalxdılar

ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində yerləşən Ermənistanın baş konsulluğu binası qarşısında “Milli Cəbhə” hərəkatının təşəbbüsü ilə erməni kilsəsinin müdafiəsi və Ermənistanda geniş yayılmış əsassız və qanunsuz repressiyalara qarşı mitinq keçirilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Los-Ancelesdə yaşayan erməni diasporasının çoxsaylı nümayəndələri çıxış edərək, Ermənistan hakimiyyətindən Erməni Apostol Müqəddəs Kilsəsinin din xadimlərinə, erməni iş adamlarına qarşı göstərilən təzyiqlərə dərhal son qoymağı və həbsdə olan şəxslərin azadlığa buraxılmasını tələb ediblər.

Çıxışlarda kilsə suverenliyinin və dini azadlığın müdafiəsinin ümumerməni prioriteti olduğu vurğulanıb, erməni diasporası dövlətin bu sahədəki hər hansı müdaxiləsini bütün erməni milli kimliyinə vurulan zərbə kimi qiymətləndirdiyini bəyan edib.

Yəni necə deyərlər, erməni hər yerdə ermənidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR