İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalı həkim açıqladı: sizi 15 il gəncləşdirən vazkeçilməz qida

Səhər yeməyi adətən günün ən vacib qidalanma zamanı hesab olunur.

Musavat.com bildirir ki, sağlam səhər yeməyi metabolizmanı sürətləndirir, çəkiyə nəzarəti asanlaşdırır və bədəni enerji ilə təmin edir.

Lakin bu effektə düzgün və sağlam qidalardan ibarət səhər yeməyi ilə nail olmaq mümkündür.

Uzunömürlülük sahəsindəki araşdırmaları ilə tanınan amerikalı alim Erik Verdin bioloji yaşı 15 il geri çəkdiyini iddia etdiyi səhər yeməyi reseptini bölüşüb.

SEHER.jpg (139 KB)

O bildirib ki, səhər saatlarında şəkərli məhsullardan uzaq durmaq olduqca vacibdir. Alimin fikrincə, şəkərli dənli məhsullar və portağal suyu kimi geniş yayılmış səhər yeməyi seçimləri qan şəkərinin tənzimlənməsi, maddələr mübadiləsi baxımından ciddi təhlükə yaradır.

Erik Verdin qeyd edib:

“Təsəvvür edə biləcəyiniz ən pis səhər yeməyi - bir kasa şəkərli dənli məhsul və yanında bir stəkan portağal suyudur”.

Uzunömür mütəxəssisləri bildirirlər ki, bu cür yüksək şəkərli qidalar təkcə gün ərzində enerji dalğalanmalarına səbəb olmur, həm də orqanizmin yaşlanma prosesini sürətləndirir.

Xronoloji yaş sadəcə rəqəmdir. Bioloji yaş isə orqanizmin real yaşlanma vəziyyətini əks etdirir. Elmi tədqiqatlar göstərir ki, həyat tərzində dəyişikliklərlə bioloji yaşın artmasını yavaşlatmaq mümkündür.

Erik Verdin bu prosesi epigenetik testlər və ağıllı texnologiyalar vasitəsilə dəqiq şəkildə izlədiyini qeyd edib.

SEHER SON.jpg (133 KB)

Verdinin ideal səhər yeməyi belədir: zeytun yağında bişirilmiş yumurta, tam buğda çörəyinin üzərinə çəkilmiş avokado və hisə verilmiş və ya bişmiş qızılbalıq (somon). Bu birləşmə təkcə uzunmüddətli toxluq hissi yaratmır, eyni zamanda həzm sistemini və beyin funksiyalarını da dəstəkləyir.

Erik Verdin uzunömürlülüklə əlaqələndirilən Aralıq dənizi pəhrizini həyat tərzi kimi qəbul edir. Bu qidalanma modeli təzə tərəvəz və meyvələrə, paxlalılara, tam taxıllara və emal olunmamış təbii məhsullara əsaslanır.

SAHAR.jpg (148 KB)

Alim səhər yeməyinin günün ən vacib qidası olduğunu xatırladıb və bildirib ki, bu yemək beyin funksiyalarını gücləndirir, maddələr mübadiləsini canlandırır və çəkiyə nəzarəti asanlaşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2025

BÜTÜN XƏBƏRLƏR