Onlayn ictimai-siyasi qəzet
ABŞ vətəndaşlarının 53%-i maliyyəçi Cefri Epşteynin işi üzrə bəzi istintaq materiallarının ictimaiyyətə açıqlanmamasının səbəbinin orada hazırkı ABŞ Prezidenti Donald Trampın adının çəkilməsi olduğuna inanır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, YouGov araşdırma şirkətinin keçirdiyi sorğu bunu göstəriri.
Respondentlərin 21%-i düşünür ki, Epşteyn işi ilə bağlı məlumatların gizli saxlanmasının səbəbi tamam başqa bir şeydir. Sorğuda iştirak edənlərin 25%-i bu məsələdə konkret fikir bildirə bilməyib.
Trampın adı ilə bağlı narahatlıqları əsasən Demokrat Partiyası tərəfdarları və heç bir partiyanı dəstəkləməyən müstəqil seçicilər paylaşır. Belə ki, demokratların 84%-i və müstəqil seçicilərin 53%-i materialların Tramp səbəbindən dərc edilmədiyinə inanır. Respublikaçılar arasında bu fikirlə razılaşanlar cəmi 20%-dir, 48%-i isə bununla razılaşmır.
Eyni zamanda, amerikalıların 61%-i Trampın adının Epşteyn işi sənədlərində hansısa formada keçdiyinə əmindir, 12%-i bu fikirlə razı deyil, 28%-i isə cavab verməkdə çətinlik çəkib. Bu fikri demokratların 86%-i, müstəqil seçicilərin 60%-i və respublikaçıların 34%-i bölüşür.
Epşteynin törətdiyi cinayətlərə birbaşa Trampın da aidiyyəti olduğunu düşünənlərin nisbəti 45%-dir. 28% bu iddianı rədd edir, 27% isə dəqiq fikir bildirməyib. Bu ittihama inananların əksəriyyəti yenə demokratlar (77%) və müstəqil seçicilərdir (45%). Respublikaçılar arasında bu fikri bölüşənlər isə cəmi 11%-dir.
Musavat.com
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ