İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikasayağı önləmə tədbiri – uşaq miqrantların DNT məlumatları toplanır

ABŞ-də miqrantlar və onların övladlarının DNT məlumatları cinayətkarların genetik məlumatlarının nümunələrinin olduğu ümumi anbarda toplanır.

Musavat.com xəbər verir ki, bu barədə Britaniya mediası amerikalı tədqiqatçılara istinadla yazıb.
Bildirilir ki, hüquq müdafiəçiləri və liberal media qurumları bu təcrübəni təhqiredici hesab edərək “genetik nəzarət”dən qəzəblənirlər. Eyni zamanda, immiqrasiya xidmətləri cinayətlərin qarşısını almaq üçün miqrantlar haqqında məlumatları genişləndirməyə çalışır və Ağ Evdə kimin hakimiyyətdə olmasından asılı olmayaraq bunu edirlər.

Corctaun Universitetinin və onun nəzarətində olan Məxfilik və texnologiya mərkəzinin alimlərinin hesablamalarına görə, ABŞ hüquq-mühafizə orqanlarının, o cümlədən FTB-nin məlumat bazalarında olan miqrant DNT nümunələrinin sayı son üç ildə təxminən 1,5 milyon olub və 50 dəfə artıb.

Nümunələr ilk növbədə ABŞ Gömrük və Sərhəd Mühafizəsi tərəfindən toplanıb. “Proqram”ın ən gənc iştirakçısı 4 yaşlı uşaq olub. Bütün bunları Gömrük və Sərhəd Xidməti özü tərəfindən lazımsız şərhlər olmadan dərc edilib. 13 yaşınadək şəxslərdən 227 nümunə götürülüb.

Ancaq Ədliyyə Nazirliyi qeyd edib ki, DNT nümunələrinin toplanması gələcəkdə cinayətlərin qarşısını almağa kömək etməlidir. Hüquq müdafiəçilərinin fikrincə, belə çıxır ki, uşaqlar nəinki zorlayıcılar və qatillərlə eyni siyahıya salınır, həm də onlara çox erkən yaşlarından gələcək

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR