İnsanlara hürriyət, millətlərə istiqlal!

Andrey Şevçenkonun oğlu ingilis klubuna keçib

Ukrayna millisinin əfsanəvi futbolçusu Andrey Şevçenkonun oğlu Kristian İngiltərənin "Uotford" klubu ilə peşəkar müqavilə imzalayıb.

"Report" xəbər verir ki, bu barədə ingilis klubunun rəsmi saytı məlumat yayıb.

Hücumçu 2023-cü ildən "Uotford"un müxtəlif gənclər komandalarında çıxış edib. Ötən mövsüm 11 qol vuran Kristian eyni zamanda səkkiz məhsuldar ötürmə ilə yadda qalıb.

Müqavilə bir il müddətinə nəzərdə tutulub, üstəlik, bir mövsüm uzadıla bilər.

Qeyd edək ki, Andrey Şevçenko 2004-cü il "Qızıl top" mükafatının sahibi olub. O, "Dinamo Kiyev" və "Milan" klublarının heyətində ölkə çempionluqları yaşayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR