İnsanlara hürriyət, millətlərə istiqlal!

Araq pulu üçün 70 yaşlı atasını döymüşdü- Ağır cəza aldı  

 Kürdəmir rayonu Karrar kəndində atasını döyən, əmisinin evindən oğurluq edən 1981-ci il təvəllüdlü Rüzgara ağır cəza verilib.

Musavat.com xəbər verir ki, 44 yaşlı Rüzgar içki aludəçisi olub, həm də narkotik istifadə edirmiş. Heç yerdə işləməyən Rüzgar pula görə atası ilə tez-tez mübahisə edirmiş.

Sonuncu dəfə də araq almaq üçün atasından pul istəyib. Atası isə pulu olsa da Rüzgara verməkdən imtina edib. Mübahisə zamanı Rüzgar rezin şlanqla atasını döyüb. Atası Rüzgarın bu hərəkəti barədə polisə məlumat verib.

Rüzgar atasını döyəndən sonra qonşuluqda yaşayan əmisinin evindən də oğurluq edib. O, əmisinin həyətindən soyuducu, su mühərriki və bir neçə metal əşyaları oğurlayaraq satıb.

Saxlanılan zamanı Rüzgarın üzərindən şəxsi istifadə miqdarında narkotik vasitə də aşkar edilərək götürülüb.

Rüzgar törətdiyi əməllərdə özünü təqsirli bilib və peşman olduğunu deyib. Məhkəmə araşdırması zamanı atası və əmisi Rüzgardan şikayətçi olmayıb.

Məhkəmənin hökmü ilə Rüzgar 3 il azadlıqdan məhrum edilib.

İ.Muradov
Muavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 May 2025

BÜTÜN XƏBƏRLƏR