İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan İsraillə bağlı bu addımı ATDI - Tramp AÇIQLADI

Qazaxıstan İsraillə diplomatik münasibətlərin normallaşdırılmasını nəzərdə tutan “İbrahim Sazişi”nə qoşulmaq niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Mərkəzi Asiya liderlərinin Ağ Evə səfəri zamanı məlumat verilib.

ABŞ prezidenti Donald Tramp görüşdən sonra Tokayev və İsrailin baş naziri Benyamin Netanyahu ilə “çox gözəl söhbət apardığını” bildirib və imzalama mərasimi barədə məlumatın sonradan açıqlanacağını qeyd edib.

Qazaxıstan 2020-ci ildən bəri “İbrahim Sazişi”nə qoşulan ilk Asiya dövləti olacaq.

Qeyd edək ki, Ağ Evdə keçirilən Orta Asiya Zirvə Görüşündə Tramp Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan lideri Şavkat Mirziyoyev, Tacikistan prezidenti Emoməli Rəhman, Qırğızıstan prezidenti Sadir Japarov və Türkmənistan prezidenti Serdar Berdimuhammedov ilə görüşüb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR