Onlayn ictimai-siyasi qəzet
Milli Komandanın ABŞ və Meksika ilə keçirəcəyi yoldaşlıq oyunlarına dəvət edilən Arda Gülərin əzələli fotoları İspaniya mətbuatında və azarkeşlər arasında təəccüb doğurub.
Milli.Az xəbər verir ki, "Real Madrid" azarkeşlərindən biri "X" platformasında paylaşım edərək, "Dünya hələ Xabi Alonso rəhbərliyindəki Arda Gülərə hazır deyil" şərhini yazıb.
Başqa bir "Real Madrid" azarkeşi isə belə qeyd edib: "Arda Gülərin hədəfi mövsümün əvvəlindən əsas heyətdə yer almaqdır"
Digər tərəfdən, İspaniya mətbuatı Ardanın haqqında belə yazıb: "Xabi Alonsonun "Real Madrid"ə keçidi, Ardanın komandada qalmağa inandırmış ola bilər. O, Ardanın zərifliyinə və texnikasına heyran olanlardandır. Bu mövsüm 1770 dəqiqədən bir qədər artıq oynayan Ardanın klub daxilindəki qiymətləndirmələrə görə kifayət qədər şans qazanmadığı düşünülür. Xabi Alonso isə bu vəziyyəti dəyişdirmək istəyir, çünki Arda komandaya taktiki baxımdan bir çox seçim təqdim edir. Üstəlik, azarkeşlər də onun oyun üslubundan böyük zövq alır. Bu Dünya Çempionatında və klubun gələcəyində gənc oyunçuların deyəcəkləri çox söz var. Bu yolun başlanğıcı isə Arda Gülərdir".
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ