İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağstafada kafe işlədən qadın bıçaqlandı

Dünən axşam saatlarında Ağstafa rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Vurğun qəsəbəsində yerləşən kafedə qeydə alınıb.

Kafenin icarədarı 1982-ci il təvəllüdlü Esmira Kiçikova iş yerində bıçaq xəsarətləri alıb. O, Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Polisin keçirdiyi tədbirlər nəticəsində E.Kiçikovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Qazax rayon sakini 30 yaşlı Elmin Qocayev saxlanılıb.

Araşdırmalar davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR