İnsanlara hürriyət, millətlərə istiqlal!

UEFA "Real Madrid"ə uduzdu

Madrid Əyalət Məhkəməsi UEFA-nın Superliqaya qarşı verdiyi apellyasiya şikayətini qəbul etməyib.

Bu barədə Superliqanın əsas təşəbbüskarlarından biri olan "Real Madrid" klubunun Mətbuat Xidməti məlumat yayıb.

Məhkəmənin qərarında UEFA-nın Superliqaya münasibətdə Avropa İttifaqının sərbəst rəqabət prinsiplərini ciddi şəkildə pozduğu qeyd olunub.

"Bu qərar "Real Madrid" klubuna dəymiş ziyana görə kompensasiya tələb etmək imkanı yaradır", - klubun açıqlamasında bildirilib.

Qeyd edək ki, 19 aprel 2021-ci ildə Avropanın bir neçə aparıcı klubu Superliqanın yaradıldığını elan etmişdi. Daha sonra əksər klublar layihədən geri çəkilsə də, "Real Madrid" hələ də turnirin əsas tərəfdarlarından biri olaraq qalır./Milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

30 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR