Onlayn ictimai-siyasi qəzet
“Kayzerslautern” rəhbərliyi Mahir Emreliyə qarşı sərt intizam tədbiri görəcək.
Bu barədə redaksiyamıza son dəqiqə məlumatı daxil olub.
Saytımız öyrənib ki, Almaniyanın II Bundesliqa təmsilçisi azərbaycanlı hücumçunu cərimələmək qərarına gəlib.
Buna onun sosial şəbəkədəki reaksiyası səbəb olub.
Belə ki, Emreli “Nürnberq”dəki keçmiş komanda yoldaşı Robin Knoxenin “Kayzerslautern”in qapısına vurduğu qolu “Instagram” hesabında paylaşıb və ona “like“ qoyub.
Rəqib futbolçunun Enmrelinin hazırkı komandasına vurduğu qolu bəyənməsi etməsi “Kayzerslautern”də birmənalı qarşılanmayıb və etiraza səbəb olub.
Narazılığln əsas səbəbi isə həmin qolun “Kayzerslautern”i qələbədən (1:1) məhrum etməsidir. Almaniya mediası futbolçunun bu addımını hazırkı klubunu qəsdən qıcıqlandırmaq cəhdi kimi dəyərləndirib.
Emreli sabiq klubuna qarşı görüşü “qripə bənzər infeksiya” səbəbindən buraxmışdı.
Yay fasiləsində “Nürnberq”dən “Kayzerslautern”ə keçən 28 yaşlı hücumçu bu mövsüm cəmi üç oyuna çıxıb. Onun son matçı avqustda baş tutub.
Ümumiyyətlə, Emreli II Bundesliqaın axır altı turunda meydana çıxmayıb.
İndi isə o, külli miqdarda cərimə ödəyəcək. Klub rəhbərliyinin bununla bağlı mövqeyi birmənalıdır.
Yayda 3 illik müqaviləyə imza atmış həmyerlimizin qeyri-müəyyən müddətə əsas komandadan uzaqlaşdırılması da gündəmdədir./SPORTİNFO.AZ
31 Oktyabr 2025
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ