İnsanlara hürriyət, millətlərə istiqlal!

Maskın atası rus pasportu almaq istəyir

Məşhur milyarder İlon Maskın atası, Cənubi Afrika mühəndisi Erol Mask Rusiya vətəndaşlığı almağa hazır olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, Erol Mask son aylarda Rusiya təbliğat mediasının sevimli simalarından birinə çevrilib. O, tez-tez Moskva yönümlü platformalarda çıxış edərək Qərbi tənqid edir və Rusiyanın mövqelərini müdafiə edən açıqlamalar verir.

Məlumata görə, Maskın şöhrəti əsasən dünyanın ən varlı insanı İlon Maskın atası olması ilə bağlıdır. Lakin ailə münasibətləri uzun illərdir gərgindir — İlon Mask atasından uzaq durur. 

Xəbərlərdə qeyd olunur ki, bu uzaqlaşmanın əsas səbəbi Erol Maskın qəddar və despot xarakteri olub. Milyarder oğlu bir neçə dəfə açıq şəkildə atasının davranışlarını tənqid edib və onunla əlaqə saxlamadığını bildirib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

30 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR