İnsanlara hürriyət, millətlərə istiqlal!

Arif Babayev xəstəxanaya yerləşdirildi

Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib.

Bu barədə Musavat.com-a onun oğlu Yaşar Babayev məlumat verib.

O bildirib ki, bu gün atasının təzyiqi düşüb və vəziyyəti ağırlaşıb. Y. Babayev hazırda xanəndənin Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyini və vəziyyətinin ağır olduğunu deyib.

“Onu öz istəyi ilə Qaxa gətirdik, buradakı evimizdə istirahət etmək istəyirdi. Bu gün qəfil halı pisləşdi. İndi vəziyyətinin düzəlməsini gözləyirik. Vəziyyəti bir az normallaşan kimi təcili yardımla Bakıya aparacağıq”.

Qeyd edək ki, 87 yaşlı xanəndə bundan öncə də səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya düşmüşdü və müalicə almışdı.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR