Onlayn ictimai-siyasi qəzet
Fransa və Almaniya Tülon şəhərində Avropanın müdafiə strategiyası ilə bağlı yeni danışıqlar aparıb.
Musavat.com xəbər verir ki, Politico-nun məlumatına görə, görüşdə Parisin nüvə arsenalının qitənin təhlükəsizlik arxitekturasında mühüm element olduğu vurğulanıb.
Bundan əlavə, tərəflər JEWEL adlı yeni erkən xəbərdarlıq sisteminin işə salındığını elan ediblər. Layihənin əsas məqsədi raket hücumları barədə vaxtında xəbərdarlıq mexanizmlərini gücləndirməkdir.
Eyni zamanda, 2023–2030-cu illərdə müdafiə xərclərinin ÜDM-in 5 faizinədək artırılması, Ukraynaya əlavə dəstək paketi, hava hücumundan müdafiə sistemlərinin göndərilməsi, silah tədarükü və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi nəzərdə tutulur.
Musavat.com
01 Sentyabr 2025
31 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ