Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı ölkələri yaxın illərdə öz pilotsuz uçuş aparatları (PUA) istehsalını geniş miqyasda təşkil etməkdə çətinlik çəkəcək.
Musavat.com xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Nəşrin qiymətləndirməsinə görə, Aİ dövlətlərinin müstəqil şəkildə dron istehsal xətləri qurması illərlə vaxt tələb edəcək. Bu səbəbdən ekspertlər Ukraynada dron istehsalının təşkili ideyasını gündəmə gətirirlər.
Bildirilir ki, Avropa İttifaqının 150 milyard avroluq hərbiləşmə fondundan istifadə etməklə Ukraynada dron zavodları inşa etmək mümkündür. Bu, həm istehsal prosesini sürətləndirər, həm də Ukraynanın müdafiə sənayesini gücləndirər.
Qeyd edək ki, Ukrayna artıq bir neçə yerli PUA istehsal layihəsinə start verib və beynəlxalq texnologiya əməkdaşlıqlarına da açıqdır. Aİ-də isə bu istiqamətdə siyasi və texniki qərarların qəbulunun ləngiməsi istehsal prosesini gecikdirir.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ