İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın Rusiyadan qaz alışı 55 ilin minimumuna düşüb

2025-ci ilin yanvar-iyun aylarında Rusiya qazının Avropa İttifaqına ixracı illik müqayisədə 47 faiz azalaraq 8,33 milyard kubmetrə düşüb.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, Rusiya mətbuatının hesablamalarına görə, bu, 1970-ci illərin əvvəllərindən bəri Rusiyadan Aİ-yə ən aşağı qaz nəqlidir.

Avropanın “Entsog” qaz nəqli qrupunun məlumatlarına əsaslanan hesablamalar göstərir ki, “Türk axını” boru kəməri ilə Rusiya qazının ixracı may ayında gündəlik 46 milyon kubmetrdən iyunda gündəlik 37,6 milyon kubmetrə qədər azalıb.

Eyni zamanda bu ilin yanvar-iyun aylarında “Türk axını” boru kəməri ilə Rusiya qazının ixracı illik müqayisədə təxminən 7 faiz artıb.

Aİ-yə ixracın iflası Rusiyanı indiyədək satmağa və ya istifadə etməyə uğursuz cəhd etdiyi qaz artıqlığı ilə üz-üzə qoyub.

2023-cü ilin əvvəlindən bəri öz aylıq statistikasını dərc etməyən Qazprom, Reuters-in şərh sorğusuna cavab verməyib.

“Qazprom” və “Reuters”in hesablamalarına görə, Rusiya 2022-ci ildə müxtəlif marşrutlarla Avropaya təqribən 63,8 milyard kubmetr qaz tədarük edib. 2023-cü ildə bu rəqəm 55,6 faiz azalaraq 28,3 milyard kubmetrə düşsə də, 2024-cü ildə təxminən 32 milyard kubmetrə yüksəlib.

Qeyd edək ki, Avropa İttifaqı 2027-ci ildən etibarən Rusiyadan boru və maye qaz alışını tamamilə dayandırmağa hazırlaşır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

02 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR