İnsanlara hürriyət, millətlərə istiqlal!

AYNA dayanacaqlardakı terminallarla bağlı yazdıqlarımıza reaksiya verdi

Paytaxt küçələrindəki dayanacaqlarda işləməyən informasiya terminalları barədə “Avtobus informasiya terminalları dayanacaqların lal dekoruna çevrilib - FOTOLAR” sərlövhəli reportaj təqdim etmişdik.

Reportajda qaldırılan problemlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov suallarımızı cavablandırdı.

TURAL METBUAT.jpg (306 KB)

O, paytaxtın müxtəlif ərazilərində quraşdırılan avtobus informasiya terminallarında illər öncə problemin yarandığını bildirdi:

“Hazırda sərnişinlərə göstərilən xidmət keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə AYNA tərəfindən innovativ həllər üzərində iş aparılır.

Həmçinin, sərnişinlərin ictimai nəqliyyatla bağlı məlumatları rahat şəkildə əldə edə biləcəyi “Map AYNA” sistemi də yenilənib və funksionallığı daha da artırılıb.

Eyni zamanda, Bakı şəhərində müntəzəm marşrutlar üçün dayanacaqlara məlumat lövhələri yerləşdirir. Bu lövhələrdə dayanacağın yerləşdiyi ərazi, oradan keçən marşrutların istiqaməti nümayiş etdirir.

İlkin olaraq “Gənclik” və “Koroğlu” nəqliyyat mübadilə mərkəzlərinin ərazisində quraşdırılan məlumat lövhələri hazırda paytaxtın digər küçə və prospektlərindəki dayanacaqlarda quraşdırılır. Proses davam etdirilir”.

Mənzər NOVRUZLU
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 May 2025

BÜTÜN XƏBƏRLƏR