Onlayn ictimai-siyasi qəzet
Tayland və Kamboca sərhədində artilleriya və təyyarələrin iştirakı ilə toqquşmalar baş verib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hər iki tərəf bir-birini münaqişəni gərginləşdirməkdə ittiham edir.
Toqquşmalar Tayland və Kamboca arasında mübahisəli Ta Moan Thom məbədi yaxınlığında. baş verib. Atışma iyulun 24-də səhər tezdən başlayıb.
Taylandın Surin əyalətində Kamboca ordusunun əhalinin məskunlaşdığı əraziyə artilleriya zərbəsi endirdiyini bildiriblər. Nəticədə iki mülki şəxs həlak olub. Tayland ordusu həmçinin Kambocadan atılan atəş nəticəsində iki əsgərin yaralandığını bildirib.
Kamboca Müdafiə Nazirliyi iddia edir ki, Tayland qoşunları sərhədi özləri keçiblər. Kamboca qüvvələri, onlara görə, yalnız müdafiə üçün atəşə cavab verdi. Hər iki ölkə Taylandın F-16 qırıcısının Kamboca ərazisinə hücum etdiyini də bildirib. Tayland tərəfi hədəfin hərbi olduğunu iddia edir. Kamboca bildirib ki, təyyarələr yola iki bomba atıb.
Kamboca Tailandın hərəkətlərini kəskin şəkildə pisləyib və bunu ölkənin suverenliyinə qarşı hərbi təcavüz adlandırıb.
Vəziyyət may ayında bir Kamboca əsgərinin atışmada həlak olması ilə gərginləşib. Bu həftə Tayland Kambocanı üç əsgərin yaralanmasına səbəb olan minalar yerləşdirməkdə günahlandırıb. Kamboca bu ittihamları rədd edərək, Tayland əsgərlərinin razılaşdırılmış marşrutlardan kənara çıxdığını bildirib.
Musavat.com
25 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ