İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Bişkekdə xəstəxana inşa edəcək

Azərbaycan Qırğızıstanın paytaxtında uşaq xəstəxanası inşa edəcək.

Bunu Qırğızıstan Prezidentinin işlər müdiri Kanıbek Tumanbayev bildirib.

Qırğızıstan mediası K.Tumanbayevə istinadən bildirir ki, bununla bağlı qərar iki ölkənin prezidentləri arasında aparılan danışıqlar zamanı qəbul edilib.

İlkin olaraq tikinti işlərinin İssık-Kul vilayətində aparılması planlaşdırılırdı, lakin Prezident Sadır Japarovun Azərbaycana rəsmi səfərindən sonra tibb müəssisəsinin məhz Bişkekdə tikilməsinə qərar verilib.

Hazırda hazırlıq işləri aparılır. Yeni xəstəxananın tam təchiz edilmiş müasir müalicə müəssisəsi olacağı gözlənilir.

K.Tumanbayev əlavə edib ki, xəstəxana Azərbaycanın Qırğızıstana hədiyyəsi olacaq.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyul 2025

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR