Onlayn ictimai-siyasi qəzet
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu TV Müsavat-ın efirində, aparıcı Sevinc Telmanqızının verilişində sərhədlərimizin bağlı qalması ilə bağlı mühüm fikirlər söyləyib.
Musavat.com-un məlumatına görə Rauf Arifoğlu bildirib ki, Azərbaycan quru sərhədlərini indiki prosesləri öncədən bildiyi üçün bağlı saxladı və möhkəmləndirdi:
“Azərbaycan dövlətinin uzaqgörənliyi bir daha təsdiq olundu. Hər şey yeni başlayır və İranın böyük şəhərlərindən Türkiyə və Azərbaycan istiqamətinə köç başlayıb. Qonşuda gedən müharibə Azərbaycan üçün bu baxımdan təhdiddir: milyonlarla miqrant AXINI gözlənilir”.
Verilişdən həmin hissəni təqdim edirik:
Musavat.com
17 Iyun 2025
16 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ