Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Dnepropetrovsk vilayətində irəliləməsi nəticəsində uşaqlı ailələrin məcburi təxliyəsi üçün nəzərdə tutulan zonanın hüdudları genişləndirilib.
Musavat.com xəbər verir ki, söhbət Pokrovske qəsəbəsi və onun yaxınlığındakı yaşayış məntəqələrindən gedir: Andreyevka, Boqodarovka, Bratske, Otradne, Volne, Vodyane, Qay, Dobropasove, Levadne, Novoaleksandrovka, Novoskelevate, Aleksandrovka, Otrişki, Pisantse, Skotovate, Starokasyanovske və Çernenkovo. Bu barədə vilayət hərbi administrasiyası məlumat yayıb.
Məlumata görə, Pokrovske ilə cəbhə xətti arasında təxminən 20 km məsafə var. Lakin hazırda məhz bu istiqamətdə Rusiya qoşunlarının Dnepropetrovsk vilayətində hücumu davam edir.
Qeyd olunur ki, Pokrovske üzərindən Ukrayna Silahlı Qüvvələrinin Zaporojye cəbhəsində yerləşən Qulyaypole müdafiə rayonunun əsas kommunikasiya xətləri keçir.
Musavat.com
16 Sentyabr 2025
15 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ