İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan tərəfə keçən ermənilərlə bağlı yeni açıqlamalar

Azərbaycan tərəfə keçən iki yeniyetmə erməni ilə bağlı təfərrüatlar açıqlanıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hadisə ötən gecə yarısından sonra baş verib.

Gecə saat 1 radələrində yeniyetmələr atlarına minib şərti sərhədə yaxın olan üçüncü atın dalınca çapıblar. Bunu “Ermənistan xəbərləri” - NEWS.am saytına müsahibəsində Tex icma şurasının üzvü Arqam Hovsepyan iki azyaşlının hansı şəraitdə azıb Azərbaycan ərazisinə gəlməsinndən bəhs edərkən deyib. Məlumata görə, onlar azərbaycanlıların yanında olduqlarını ancaq bu gün səhər biliblər.

“Artıq onların orada olduğu təsdiqlənib, indi ümid edəcəyik ki, oğlanlar tezliklə geri qaytarılacaq. Hökumətin nə edə biləcəyini bilmirəm, amma bəlkə beynəlxalq təşkilatlar, Qırmızı Xaç, Avropa Şurası nəsə edəcək, baxmayaraq ki, mən də onlara inanmıram”,-deyə icma üzvü haylara xas mövqeyini ifadə edib.

Arqam Hovsepyan qeyd edib ki, Tex kəndində heç bir sərhəd postu yoxdur. "Orada milislərimiz var. Ola bilsin ki, postdakı uşaqlar oğlanlara fikir verməyiblər", - deyə o, əlavə edib.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti bir müddət əvvəl Qərbi Zəngəzurda (Sünik) iki azyaşlının azaraq Azərbaycan tərəfinə keçdiyi barədə məlumat verib.

Heç şübhəsiz ki, bu, erməni tərəfin iddialarıdır və gerçəklər Azərbaycanın rəsmi qurumlarının araşdırmaları zamanı üzə çıxacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR