Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və Türkiyə arasında yeni müdafiə sənayesi sazişi imzalanıb
Türkiyənin “Baykar” Müdafiə Sənayesi şirkəti ilə Azərbaycan Müdafiə Nazirliyi arasında mühüm əməkdaşlığa imza atılıb. Tərəflər “IDEF2025” beynəlxalq müdafiə sərgisi çərçivəsində “Logistika Dəstəyi və Satış Müqaviləsi”nə imza atıblar.
Musavat.com xəbər verir ki, bu barədə "Baykar" şirkəti rəsmi sosial şəbəkə hesabında məlumat yayıb.
Paylaşımda hər iki ölkə arasında qurulan bu əməkdaşlığın gələcəkdə strateji əlaqələrə töhfə verəcəyi vurğulanıb və “Qardaş ölkələrə xeyirli olsun” arzusu ifadə edilib.
Musavat.com
23 Iyul 2025
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ