İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və gürcü aktyorları Gəncədə bir səhnəni bölüşüblər

Gəncə Dövlət Milli Dram Teatrında gürcü yazarı N.Dumbadzenin "Kukaraça" tamaşasının premyerası olub.

Musavat.com xəbər verir ki, Gürcüstanın Ozurgeti Milli Dram Teatrı ilə birgə layihə çərçivəsində ərsəyə gələn tamaşada Azərbaycan və gürcü aktyorları eyni səhnəni bölüşüblər.

Layihənin bədii rəhbəri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı, koordinatoru Gəncə Dövlət Milli Dram Teatrının aktyoru Yusif Cəfərovdur.

Tamaşanın quruluşçu rejissoru Gürcüstanın Əməkdar incəsənət xadimi, Ozurgeti Milli Dram Teatrının bədii rəhbəri və direktoru Vasili Ciqoqidze, quruluşçu rəssamı Rustavi teatrının baş rəssamı Lomqul Murusidze, rəssamı Mirzə Mehdi, xoreoqrafı Zeynəb Hüseynovadır.

Tamaşanın növbəti premyerası iyunun 7-si saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR