Onlayn ictimai-siyasi qəzet
Göygöl rayonunda 2000-ci il təvəllüdlü Şirvan yetkinlik yaşına çatmayan tanışı Tahirəyə (adlar şərti verilib – red.) təcavüz etməkdə təqsirli bilinib.
Salyan rayon sakini Şirvan 2022-ci il noyabr ayının axırlarında istintaqa dəqiq günü məlum olmayan tarixdə saat 14:00 radələrində idarə etdiyi “VAZ- 2104” markalı avtomobillə əvvəlcədən mobil telefon vasitəsi ilə danışaraq tanış olduğu Tahirəni Göygöl rayonunun “Azos” adlanan ərazisinə aparıb.
O, avtomobilin salonunda Tahirənin razılığı ilə onunla təbii yolla cinsi əlaqədə olub, eləcə də seksual xarakterli hərəkətlər edib.
İstintaq orqanı tərəfindən Şirvanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
“10 gün sevgili münasibətində olduq”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şirvan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, Tahirəni təxminən 2022-ci il noyabr ayının axırlarında Göygöl şəhərində görərək tanıyıb: “Mən marketdən çıxıb Göygöl şəhəri istiqamətində gələndə adı mənə sonradan məlum olan Tahirəni gördüm. Bir az baxışdıqdan sonra kağız parçasına mobil nömrəmi yazıb avtomobildən ona doğru atdım. Daha sonra isə oradan uzaqlaşaraq getdim.
Təxminən 5-10 dəqiqə sonra Tahirə zəng etdi. O vaxtdan başlayaraq Tahirə ilə həm adi zənglə, həm də vatsap vasitəsi ilə danışmağa başladıq. Təxminən 10 gün sevgili münasibətində olduq”.
“Parkda görüşdük”
Şirvanın sözlərinə görə, münasibətləri dərinləşdiyi üçün onunla cinsi əlaqədə olmaq istədiyini deyib: “Tahirə bakirəliyinin pozulduğunu, təbii yolla cinsi əlaqədə ola biləcəyimizi dedi. Təxminən 3-4 gün sonra saat 11 radələrində onunla razılaşaraq Göygöl şəhərində yerləşən Heydər Əliyev adına parkın qarşısında görüşdük.
Tahirəni işlədiyim şirkətdən mənə təhkim olunmuş “VAZ- 2104” markalı avtomobilə götürdüm. Onunla Göygöl rayonu ərazisində təxminən bir saat gəzdik. Sonra Göygöl rayonu ərazisində “Azos” deyilən əraziyə getdik.
Həmin yerdə avtomobili saxlayaraq, Tahirə ilə təbii yolla cinsi əlaqədə oldum”.
“Peşman olmuşam”
Təqsirləndirilən şəxs qeyd edib ki, Tahirəni götürdüyü parkın qarşısında düşürüb: “Bundan sonra isə Tahirə ilə təxminən 4-5 gün danışdıq. Lakin görüşüb eləmədik və münasibətimiz tamamilə kəsildi. Törətdiyim əməldən peşmanam. Özüm müharibə veteranıyam. Zərərçəkmiş şəxslə də barışmışam. Mənə qarşı şikayəti yoxdur. Bunların nəzərə alınmasını xahiş edirəm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Tahirənin sözlərinə görə, evin tək uşağıdır: “Anam-atam boşanıblar. Mən anamla birlikdə yaşayıram. İlk dəfə Tərtər rayon sakini Taleh adlı şəxslə qeyri-rəsmi münasibət qurmuşam və onunla cinsi əlaqədə olmuşam.
Təxminən 4-5 ay birlikdə yaşadıqdan sonra ayrıldıq. Yenidən anam ilə birlikdə yaşamağa başladım”.
“Avtomobillə dalımca düşdü”
Zərərçəkmiş qeyd edib ki, 2022-ci ilin təxminən noyabr ayının axırlarında Göygöl şəhərində marketin qarşısından keçərək xalasıgilin yaşadığı evə gedən zaman Şirvan adlı şəxs idarə etdiyi “VAZ-2104” markalı avtomobillə arxasınca gəlib:
"Təxminən 5-10 dəqiqə sonra geri qayıdanda Şirvanın yenidən arxamca gəldiyini gördüm. Kağız parçasına yazdığı mobil nömrəni avtomobildən mənə doğru atdı. Mən də ikağız parçasına yazdığı mobil nömrəyə zəng etdim. O vaxtdan başlayaraq Şirvanla həm adi zənglə, həm də vatsap vasitəsi ilə danışmağa başladıq”.
Tahirənin ifadəsinə görə, daha sonra Şirvanla münasibətləri yaranıb: “Mobil telefonla danışanda mənimlə cinsi əlaqədə olmaq istədiyini bildirdi. Ona təbii yolla cinsi əlaqədə ola biləcəyimi dedim. Məni “VAZ-2104” markalı avtomobillə Göygöl şəhərində parkın qarşısından götürdü.
Bir saat gəzdikdən sonra “Azos” deyilən yerə getdik, avtomobilin içərisində bir dəfə təbii yolla cinsi əlaqədə olduq. Orada təxminən bir saat olduq. Bundan sonra məni götürdüyü yerə qaytararaq düşürdü. Mobil telefonda bir neçə gün danışdıqdan sonra münasibətimiz kəsildi”.
“Tanış olub gəzmişəm”
Zərərçəkmiş deyib ki, ilk dəfə ailə həyatı qurduğu Taleh adlı şəxslə cinsi əlaqədə olub: “Bundan sonra Şirvanla tanış olmuşam və onunla cinsi əlaqədə olmuşam. Başqa heç kiminlə cinsi əlaqədə olmamışam.
Əhməd və Tacəddinlə tanış olmuşam, sadəcə onlarla danışıb, gəzmişəm. Sonra Əfqan və İntiqamla tanış olmuşam. Onlarla da sadəcə danışaraq gəzmişəm. Onların heç biri ilə cinsi əlaqədə olmamışam”.
Şahid qismində ifadə verən zərərçəkmiş Tahirənin anası Səmayə bildirib ki, qızı əvvəllər heç bir səbəb olmadan onunla mübahisə edib və tez-tez yaşadığı evi tərk edib: “Sonuncu dəfə mənimlə yaşamaq istəmədiyini bildirdi və evi tərk edəcəyini dedi. Ona mane olmağa çalışarkən məni öldürəcəyini deyib evdən qaçdı. Onun xalasının və ya rəfiqəsinin yanına gedəcəyini düşündüm. Orada olmadığını biləndə əvvəlcə onu axtardım. Amma tapa bilmədiyim üçün Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzi sisteminə müraciət etdim.
Qızım evi tərk edərkən mobil telefonu evdə qalmışdı. Telefona baxarkən çoxlu mobil nömrələr gördüm.
Bir neçə gün sonra qızım yaşadığım evə gəldi. Məlum oldu ki, o, Şirvan adlı şəxslə tanış olub, onunla mobil telefonla danışıb, görüşüb və onun idarə etdiyi “VAZ-2104” markalı avtomobillə bir qədər gəzdikdən sonra avtomobilin salonunda cinsi əlaqədə olublar”.
Bu cinayət işinə Göygöl Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şirvan 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Şirvan bu iş üzrə 19 yanvar 2024-cü il tarixdən 21 yanvar 2024-cü il tarixədək tutulduğu, 21 yanvar 2024-cü il tarixdən hazırkı vaxtadək ev dustaqlığında olduğu müddətin bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb, müyyən olunmuş 6 ay müddət azadlıqdan məhrumetmə cəzasına daxil edilib.
Bununla da təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab olunub. Onun barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib./Teleqraf
04 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ