İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan Həccə gedən birinci zəvvar qrupu Məkkəyə çatıb - FOTO

Azərbaycandan Həccə gedən birinci zəvvar qrupu Məkkəyə çatıb.

Bu barədə APA-ya QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

"Biz onları oteldə xüsusi formada dini ilahilərlə qarşıladıq. Onlara səccadə, gül, xüsusi yemək və içkilər təqdim edib otelə yerləşdirdik. Otelə yerləşdirildikdən təxmini 1 saat sonra xüsusi servis avtobusları vasitəsilə rəhbərlər onları Hərəmə— Kəbənin olduğu yerə aparacaqlar",- deyə o bildirib.

 

Vüsal Cahangiri deyib ki, zəvvarlar kəbə evində Ümreyi-Təməttö yerinə yetirəcəklər: "Ümreyi- Təməttö 5 vacib əməldən ibarətdir: ehrama girmək, niyyət və təlbiyyə, kəbəni təvaf etmək, təvaf namazı, Səfa və Mərvə dağlarına doğru gedib 7 dəfə səy etmək və təqsir (saç və dırnaqdan bir qədər kəsmək) etmək".

 

Onun sözlərinə görə, zəvvarlar Cöhfə miqatında (ehram bağlanan məscid) 5 vacib əməlin ilkin hissələrini yerinə yetiriblər:

"Niyyət edib ehram libasını geyinib ehrama girmə niyyəti etdikdən sonra Təlbiyyə (Ləbbeyk Allahummə Ləbbeyk) deyiblər. Digər əməlləri isə Kəbə evi ətrafında saat əqrəbinin əksi istiqamətində təvaf edərkən yerinə yetirəcəklər".

V. Cahangiri qeyd edib ki, möhrim (ehrama girən şəxs) niyyət edib Təlbiyyə dedikdən sonra 20-ə yaxın haldan çəkinməlidir: "Saç qırxmaq, bədəndən tük qopartmaq, dırnaq tutmaq, zinətlənmək, ətirdən istifadə etmək, güzgüyə baxmaq, söyüş söymək, dava-dalaş etmək, heyvan öldürmək, hərəmin ot və ağaclarından qopartmaq və s. kimi əməllərdən çəkinməlidir".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 May 2025

25 May 2025

BÜTÜN XƏBƏRLƏR